“Barselona”nın futbolçusu üçün mövsüm erkən bitdi

“Barselona”nın müdafiəçisi Serjinyo Dest bu mövsüm bir daha meydana çıxa bilməyəcək.

Komanda.az xəbər verir ki, ABŞ yığmasının da üzvü olan 21 yaşlı futbolçu zədələnib.

Onun sağ bud nahiyəsindən aldığı zədənin ciddi olduğu bildirilir. Bu zədəyə görə Destin nə qədər oynamayacağı dəqiq bilinməsə də, cari mövsümdə bir daha komandasına kömək edə bilməyəcəyi dəqiqdir.

Xatırladaq ki, Dest La Liqa çərçivəsində “Rayo Valyekano”ya qarşı keçirdikləri oyunda aldığı zədə səbəbindən fasilədə əvəzlənmək məcburiyyətində qalmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button