Suares yeni müqavilə imzalamaq istəyir
“Barselona”nın futbolçusu Luis Suares Kataloniya təmsilçisi ilə yeni müqavilə imzalamaq istəyir.
Komanda.az xəbər verir ki, bu barədə uruqvaylı hücumçu İspaniya mətbuatına açıqlamasında deyib:
“Hər zaman bütün gücümü verdiyim bu klubda çox xoşbəxtəm. Statistikalar və rəqəmlər də bunu göstərir. Düşünürəm ki, müqaviləmi uzatmaq məsələsini müzakirə edə bilərik. Yəqin yeni sözləşmə imzalayacağıq”.
2014-cü ildən “Barselona”da forma geyinən Suaresin müqaviləsi 2021-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin