Messi ordeninə qovuşdu FOTOLAR

“Barselona”nın futbolçusu Lionel Messinin “La Creu de Sant Jordi” (“Müqəddəs Xordi Xaçı”) ordeninə layiq görüldüyü xəbərini vermişdik.

Komanda.az xəbər verir ki, argentinalı hücumçunun mükafatlandırılma mərasimi keçirilib. Bu barədə “Barselona”nın rəsmi saytı məlumat yayıb. Kataloniya hökuməti tərəfindən verilən orden Messiyə təqdim edilib.

“Müqəddəs Xordi Xaçı” mükafatı 1981-ci ildən etibarən, hər il verilən ordendir. Mükafat mədəni və sosial həyatda Kataloniya adının yüksəldilməsində xidmət göstərmiş şəxslərə verilir.

Messi mərasimdə “Siyasi məhbuslara azadlıq” şüarları səsləndirilən zaman digər iştirakçılardan fərqli olaraq, sakit dayanıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button