Messi rekordlardan doymur

“Barselona”nın futbolçusu Lionel Messi La Liqada 2019/2020 mövsümünün ən yaxşı bombardiri olub.

Komanda.az xəbər verir ki, argentinalı hücumçu iştirak etdiyi 33 oyunda 25 qol vurub və 21 məhsuldar ötürmə edib. Messi, karyerasında 7-ci dəfə La Liqanın bombardiri olub.

33 yaşlı futbolçu bu göstəricidə Telmo Zarranı geridə qoyaraq, yeni rekordçu olub. Zarra 6 dəfə La Liqanın bombardiri olub.

“Barselona” La Liqada mövsümü ikinci sırada tamamlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button