“O qədər də pis oynadığımı deməzdim” – Qrizmann

“Barselona”nın futbolçusu Antuan Qrizmann La Liqanın 6-cı turunda “Vilyarreal”ı məğlub etdikləri oyundan sonra açıqlama verib.

Komanda.az xəbər verir ki, İspaniya mətbuatına danışan fransız hücumçu, 2:1 hesabıyla qalib gəldikləri görüşü belə şərh edib:

“Uğursuz anlarımız oldu, ancaq düzələcəyik. Daha yaxşı ola bilərik və bunun üçün çalışırıq. Komandaya uyğunlaşmalı olan yeni futbolçular var.

Hazırda ən yaxşı formamızdan uzağıq. “Atletiko”da oynadığımdan fərqli mövqedəyəm. Bura gələrkən məni nə gözlədiyini bilirdim. Hər oyun daha da artıracam.

O qədər də pis oynadığımı deməzdim. Çünki artıq üç qol vurmuşam. Komandanın uğurları üçün çalışıram və əlimdən gələn köməyi edəcəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button