“Barselona” futbolçulara məvaciblərinin 30 faiz azaldılmasını təklif edəcək – əvəzində…

“Barselona” klubunun futbolçuların məvacibini azaltmaq istədiyini xəbər vermişdik.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi növbəti həftə yenidən futbolçularla danışığa başlayacaq. Klub rəsmiləri komanda üzvlərindən məvaciblərinin 30 faiz azaldılmasına razılaşmaların istəyəcək. Məlumata görə, klub bu məsələdə futbolçularla anlaşmağın çətin olduğunu bilir. Buna görə də, “Barselona” komanda üzvlərinə uzunmüddətli müqavilə qarşılığında məvaciblərin azaldılmasını təklif edəcək.

“Barselona” koronavirusa görə qarşılaşdığı maddi böhran səbəbiylə belə addım atır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button