“Messinin mükafatlandırılması futbolun ədalətidir”

“Barselona”nın baş məşqçisi Xavi açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, keçmiş komanda yoldaşı Lionel Messinin “qızıl top” mükafatını qazanması haqda fikirlərini söyləyib:

“Messinin mükafatlandırılması futbolun ədalətidir. Başqalarının da bu mükafata layiq olduğunu düşünə bilərik. Amma futbolla bağlı bir zərf açılırsa, içindən mütləq Messi çıxmalıdır. Bu, ən ədalətli olan şeydir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button