“Bütün komanda belə davranır, səbəbini açıqlaya bilmirəm” – Kuman

“Barselona”nın baş məşqçisi Runald Koman La Liqanın 12-ci turu çərçivəsində “Kadis”ə qarşı keçirdikləri səfər matçını şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, niderlandlı mütəxəssis, 1:2 hesabıyla məğlub olduqları oyunla bağlı bunları deyib:

“Bu məğlubiyyətin səbəbini demək çətindir. Bundan əvvəl yaxşı oyunlar keçirmişdik. İlk hissədə yaxşı olmasaq da, ikinci hissədə toparlanmağı bacardıq. Gözləmədiyimiz bir səhvdən qol buraxdıq və məğlub olduq.

Topsuz bölgələrdə rəqibə təzyiq etmirik, topu istəmirik. Bütün komanda belə davranır, səbəbini açıqlaya bilmirəm. İlk qolu buraxdıqdan sonra bütün komanda çökür. Səhv tək müdafiəçilərdə deyil, bütün komandadadır. Bu, açıq şəkildə bilinir. Hücumda da kifayət qədər təsirli ola bilmirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button