“Topla yaxşı oynamırdıq, buna baxmayaraq…” – Kuman

“Barselona”nın baş məşqçisi Ronald Kuman Çempionlar Liqasının qrup mərhələsində “Dinamo”ya (Kiyev, Ukrayna) qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, niderlandlı mütəxəssis, 2:1 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Oyunu tez ələ aldıq və qol vurduq. İkinci hissədə qol vursaq da, oyuna nəzarəti bir az itirmişdik. Topla yaxşı oynamırdıq, buna baxmayaraq, Mark-Andre ter Ştegen çox yaxşı performans sərgilədi. Bu oyunda onun sayəsində qol buraxmadıq. O, əla qapıçıdır və zədədən yaxşı formada qayıdıb. Müdafiədə də pis oynamırıq, amma bu gün qapımızda təhlükəli epizodlar oldu”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button