“Oyun bitəndən sonra nə lazımdırsa, danışarıq” – Xavi

“Barselona”nın baş məşqçisi Xavi Çempionlar Liqasında “Bayern”ə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Xavi, “Bayern”i məğlub etmək istədiklərini söyləyib:

“Uğursuzluq ifadəsini başa düşmürəm. Biz qalib gələcəyik. Oyuna nəzarət edəcəyik və meydanda əlimizdən gələni edəcəyik. Oyun bitəndən sonra nə lazımdırsa, danışarıq. Səbrli olmalıyıq. Hər şeyi bir gündə dəyişdirmək mümkün deyil. Düzdür, son vaxtlarda “Bayern” “Barselona”dan daha yaxşıdır, amma futbolda hər zaman şanslar var”.

Bu gün keçiriləcək “Bayern” – “Barselona” matçı saat 00:00-da başlayacaq.