“Barselona”da yeni müqavilə

“Barselona” mərkəz müdafiəçisi Erik Qarsiyanın müqaviləsinin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı futbolçunun yeni sözləşməsi 2031-ci ilin yayına qədərdir.

Qarsiya “Barselona” akademiyasının yetirməsidir. O, cari mövsümdə komandasının heyətində 22 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button