“Barselona”da ciddi itki – finalda oynamayacaq

İspaniya çempionu “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen ölkə kubokunun finalında “Valensiya”ya qarşı oyunda forma geyinə bilməyəcək.

Komanda.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb. Buna onun dizindəki zədəsini hələ də sağaltmaması səbəb olub. 27 yaşlı qolkiperin bərpa müddətinin bir neçə həftə davam edəcəyi bildirilir.

“Barselona” – “Valensiya” görüşü mayın 25-də keçiriləcək.