
“Barselona”da ciddi itki
“Barselona”nın hücumçusu Robert Levandovski sıradan çıxıb.
37 yaşlı futbolçuda göz çanağı sümüyünün sınığı aşkarlanıb və o, İspaniya kubokunun yarımfinal mərhələsinin cavab matçında “Atletiko” ilə keçiriləcək qarşılaşmada komandasına kömək edə bilməyəcək.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, polşalı hücumçunun yerini böyük ehtimalla, əvvəllər də bu rolda çıxış edən Ferran Torres tutacaq. Bununla yanaşı, baş məşqçi Hans-Diter Flik hücum xəttində “saxta doqquzluq” mövqeyində Dani Olmo variantını da nəzərdən keçirir.
“Barselona” – “Atletiko” qarşılaşması martın 3-də “Kamp Nou”da keçiriləcək. Komandalar arasındakı ilk oyunda Madrid təmsilçisi 4:0 hesablı qələbə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



