Bernal satılmayacaq

“Barselona”nın yarımmüdafiəçisi Mark Bernal komandada qalacaq.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, 18 yaşlı futbolçu ilə “Atletiko” maraqlansa da, transfer baş tutmayacaq.

Bildirilir ki, Bernal “Barselona”da özünü xoşbəxt hiss edir və baş məşqçi Hans-Diter Flik ona güvənir. Klub rəhbərliyi isə futbolçunun nə satışını, nə də icarəsini nəzərdən keçirir.

İspaniyalı yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə 28 oyuna çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun “Barselona” ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button