“Barselona”da 4 futbolçu maaşının azaldılmasına razılaşdı

“Barselona”nın prezidenti Xuan Laporta bildirib ki, komandanın kapitanları klubun maliyyə böhranından çıxması üçün maaşlarını azaltmağa razılaşıblar.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, klub rəhbəri, həmin futbolçulara həmişə minnətdar olacaqlarını bildirib:

“Barselona”nın dörd kapitanı var: Jerard Pike, Jordi Alba, Serxio Buskets və Serxi Roberto. Maaşlarının aşağı salınmasına razılaşmaqla “Barselona”ya yaraşanı etdilər. Biz həmişə onlara minnətdar olacağıq. Bu jest çox vacib idi. Bunu kapitanlardan başqa, heç kim etmədi”.

“Barselona” ötən mövsümdə La Liqanı 73 xalla ikinci yerdə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button