
“Barselona” qapıçısı ilə vidalaşacaq
“Barselona”nın qapıçısı İnyaki Penya yay transfer dönəmində klubundan ayrılacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı qolkiper baş məşqçi Hans-Diter Flikin planlarına daxil deyil və komandanın yay hazırlığına da aparılmayacaq.
Rəhbərlik ispaniyalı futbolçuya yeni klub tapmaqda yardım etməyə hazırdır və hətta onu pulsuz buraxma ehtimalı da istisna olunmur. Ancaq müqaviləyə gələcək satışdan pay maddəsinin daxil edilə biləcəyi bildirilir.
La Liqa klublarından maraq olsa da, Penya karyerasını Avropanın başqa çempionatında davam etdirməyə üstünlük verir.
O, “Barselona” akademiyasının yetirməsidir və əsas komandada 45 oyuna çıxıb, 64 qol buraxıb, 10 matçda qapısını toxunulmaz saxlayıb.
Penya ötən mövsümü icarə əsasında “Elçe”də keçirib. Onun Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.
Bizi Facebook-da izləyin



