“Barselona” yeni transferini icarəyə verdi

“Barselona” qış transfer pəncərəsi dövründə növbəti transferini reallaşdırıb.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi Braziliyanın “Atletiko Mineyro” klubundan Emerson Aparesidonu heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

20 yaşlı müdafiəçi ilə 2024-cü ilin iyununa kimi müqavilə imzalanıb. “Barselona” Emerson üçün klubuna 12 milyon avro ödəyəcək.

“Barselona” yeni transferini “Betis”ə icarəyə göndərib. Emerson mövsümün sonuna qədər La Liqa təmsilçisində forma geyinəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button