“Barselona” yeni transfer etdi, 100 milyon avro qiymət qoydu

İspaniyanın “Barselona” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Kataloniya klubu hollandiyalı müdafiəçi Mayk van Beyneni transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

20 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Son olaraq ölkəsinin “NAK Breda” klubunun şərəfini qorumuş müdafiəçi, yeni komandasına azad agent statusu ilə keçib. Əvəzində “Barselona” ona 100 milyon avro qiymət qoyub.

Van Beynen qarşıdakı mövsümdə “Barselona”nın B komandasında forma geyinəcək.

Hollandiyalı futbolçu PSV, “Villem II” klublarının aşağı yaş qrupları üzrə komandalarında da forma geyinib. O, “Villem II” komandasında “Barselona”nın bu yay heyətinə qatdığı digər hollandiyalı Frenki de Yonqla birgə çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button