
“Barselona” tələsmir
“Barselona” “İnter”in italiyalı müdafiəçisi Alessandro Bastoni üçün hələ də rəsmi danışıqlara başlamayıb.
27 yaşlı futbolçu kataloniyalıların əsas transfer hədəflərindən biri hesab olunur. Bildirilir ki, oyunçunun özü ilə ilkin razılıq artıq əldə edilib, ancaq klublar arasında müzakirələr hələ start götürməyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, vəziyyət “İnter”in İtaliya kubokunun finalında “Latsio” ilə keçirəcəyi matçdan sonra dəyişə bilər.
“Barselona” rəhbərliyi də La Liqa çempionluğunu tam rəsmiləşdirmədən transfer məsələlərinə fokuslanmaq istəmir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



