“Barselona” Messisiz qalacaq

“Barselona” bu gün İspaniya kubokunun 1/4 final mərhələsində səfərdə “Sevilya” ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisinin hücumçusu Lionel Messi bu görüşün iştirakçısı olmayacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Serxio Buskets, Lionel Messi və Samper baş məşqçi Ernesto Valverdenin qərarına əsasən, bu oyunu buraxacaq. Yeni transfer Jeyson Murillo cəza, Osman Dembele və Samuel Umtiti isə zədə səbəbindən “Sevilya” qarşısında komandasına kömək edə bilməyəcək.

“Barselona”nın yeni transferi Kevin-Prins Boatenqin adı isə matçın iştirak ərizəsinə daxil edilib.

“Sevilya” – “Barselona” matçı bu gün, saat 00:30-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button