
“Barselona” Rafinyaya görə narahat deyil
“Barselona”nın hücumçusu Rafinya Diasın yay transfer dövründə klubunu dəyişməsi ehtimalı gündəmdədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu ilə Səudiyyə Ərəbistanı çempionatının təmsilçiləri maraqlanır.
Amma Kataloniya klubunda 29 yaşlı oyunçunun gələcəyi ilə bağlı hansısa narahatlıq yoxdur. Rafinya komandadan ayrılmaq istədiyini bildirməyib və “Barselona” rəhbərliyi ona güvənməyə davam edir. 28 yaşlı futbolçunun satışı yalnız klubun “yox” deyə bilməyəcəyi yüksək təklif daxil olacağı halda gündəmə gələ bilər.
Rafinyanın “Barselona” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



