
“Barselona” Kanselonu bir şərtlə saxlayacaq
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik müdafiəçi Joao Kanselonun komandada qalmasını istəyir. Kataloniyalılar portuqaliyalı futbolçunu yanvarda “Əl-Hilal”dan icarəyə götürüb.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, “Barselona” 31 yaşlı oyunçunun transfer hüquqlarını birbaşa satın almağı planlaşdırmır. Klub Kanselonu yalnız o halda heyətində saxlamağa hazırdır ki, futbolçu “Əl-Hilal”la müqaviləsini ləğv etsin və maaşının azaldılmasına razılaşsın. Bu şərtlər yerinə yetirilərsə, “Barselona” ona iki illik müqavilə təklif edəcək. Əks halda, Kataloniya təmsilçisi digər namizədlərə yönələcək.
Kanselo cari mövsümdə “Barselona”nın heyətində 12 oyunda meydana çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



