
“Barselona” ona görə bütün transfer əməliyyatlarını dondurub
“Barselona” yay transfer dövrü üçün prioritetlərini müəyyən edib.
Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, kataloniyalıların əsas məqsədi Robert Levandovskinin əvəzedicisini tapmaqdır. Klub yeni hücumçu transfer olunana qədər digər əməliyyatları, o cümlədən Markus Reşfordun mümkün transferini də dondurub.
“Barselona”nın əsas hədəfi isə “Atletiko”nun hücumçusu Xulian Alvares olaraq qalır. Klub onun üçün artıq məbləği 120 milyon avroya qədər olan yeni təklif hazırlayır.
Argentinalı forvard ötən mövsüm bütün turnirlərdə 49 oyuna çıxıb, 20 qol vurub və 9 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



