“Barselona” niyə ardıcıl xallar itirir? – Ter Ştegendən açıqlama

İspaniya La Liqasının son turunda “Atletik”lə 0:0 hesablı bərabərliyə razılaşan “Barselona”nın qapıçısı Mark-Andre Ter Ştegen, açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, alman qapıçı xal itkisini yorğunluqla əlaqələndirib:

“Oyunların sıx qrafiki səbəbiylə komandada yorğunluğun olduğunu düşünürəm. Artıq bir neçə gün istirahət üçün imkanımız olacaq. Ümumiyyətlə, fevral ayı iş yükü və oyunların sayının çoxluğu baxımından çətin aydır. Qısa fasilədən sonra yenidən oyunlarımıza köklənməliyik. Hər zaman oyunumuzu yaxşılaşdırmaq üçün bir şansımız var. İndi səhvlərimizi tapmalı və onları düzəltmək haqda düşünməliyik”.

“Barselona” keçirdiyi son üç oyunda qələbə qazana bilməyib. Katalonlar “Valensiya”, “Real” və “Atletik”lə heç-heçə edib.

“Barsa” hazırda 51 xalla turnir cədvəlinin lideridir.