“Barselona” məvacibləri yenə azaldacaq?

İspaniyanın “Barselona” klubu futbolçuların məvacibini növbəti dəfə azalda bilər.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, koronavirus pandemiyası səbəbiylə yaranan maddi itkiləri azaltmaq üçün futbolçuların məvacibini 70 faiz azaldan Kataloniya klubunun rəhbərliyi, bunun kifayət etməyəcəyini düşünür. Pandemiyanın davam etməsi və çempionatın hələ ki, bərpa olunmasının çətin göründüyünü nəzərə alan rəhbərlik, növbəti azalmanı müzakirə edir.

Klub rəhbərliyi davam edən vəziyyətdə futbolçularla ikinci dəfə məvacib azalması ilə bağlı görüşlər keçirəcəyini istisna etmir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button