
İspaniya klubu Keynin transferini gözdən keçirir
“Barselona” “Bayern”in hücumçusu Harri Keynlə maraqlanmağa davam edir. İngiltərəli forvard Kataloniya təmsilçisində uzunmüddətli perspektivdə Robert Levandovskinin ideal əvəzləyicisi hesab olunur.
Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, Keynin transferi ilə bağlı fikir klub daxilində getdikcə daha çox dəstək qazanır. Baş məşqçi Hans-Diter Flik də heyətdə elit səviyyəli mərkəz hücumçusu görmək istəyir.
Bildirilir ki, “Barselona” yalnız Harri Keynlə maraqlanmır. Klubun transfer siyahısında Xulian Alvares (“Atletiko”), Joao Pedro (“Çelsi”) və digər tanınmış hücumçuların da adları var.
Keynin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. Tərəflərin yaxın aylarda yeni anlaşma ilə bağlı danışıqlara başlayacağı gözlənilir.
Bizi Facebook-da izləyin



