300-cü oyun

“Barselona” İspaniya La Liqasının 19-cu turunda “Sevilya” ilə qarşılaşıb.

Komanda.az xəbər verir ki, sözügedən matç “Barselona”nın futbolçusu Mark-Andre ter Ştegen üçün əlamətdar olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Sevilya” ilə matç alman qapıçının “Barselona”dakı 300-cü rəsmi oyunu olub.

Ter Ştegen 2014-cü ildən “Barselona”da çıxış edir.

“Sevilya” – “Barselona” matçı 1:1 hesabıyla bitib.