“Barselona” 7-ci liqadan futbolçu alır

“Barselona” İngiltərənin 7-ci liqa təmsilçisi “Uortinq”in futbolçusu Karl Ruşvortu transfer etmək istəyir.

Komanda.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə, “Barselona”nın 18 yaşlı qapıçı üçün iki dəfə skautlarını göndərdiyi bildirilib. Kataloniya təmsilçisi Ruşvort üçün klubu “Uortinq”ə 4 milyon avroluq təklif göndərməyə hazırlaşır.

19 yaşlılardan ibarət İngiltərə millisinin də üzvü olan Ruşvort, icarə əsasında “Brayton”un U-18 komandasında forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button