Azərbaycanın beynəlxalq kateqoriyalı güləş hakimlərinin sayı artıb

Azərbaycanın güləş üzrə beynəlxalq kateqoriyalı hakimlərinin sayı artıb.

Komanda.az Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Rumıniyada keçirilən güləş hakimlərinə aid imtahanların yekunlarına əsasən, 2 milli dərəcəli referimiz beynəlxalq kateqoriyaya sahib çıxıb.

Samil Fəttayev və Elxan Həmidzadə 3-cü dərəcəli beynəlxalq hakim statusuna yiyələnib. Bununla da beynəlxalq kateqoriyalı hakimlərimizin sayı 25-ə çatıb.

Qeyd edək ki, Azərbaycanın I-S dərəcəli 2, 1-ci dərəcəli 10, 2-ci dərəcəli 6, 3-cü dərəcəli 7 güləş hakimi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button