“Bu xəbəri eşidəndə çox xoşbəxt oldum” – “Barselona”nın keçmiş futbolçusu

“Barselona”nın sabiq yarımmüdafiəçisi, hazırda MLS-də “İnter Mayami”də çıxış edən Serxio Buskets Xavinin Kataloniya klubunun baş məşqçisi kimi qalmaq qərarı barədə danışıb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu bu qərarı eşidəndə xoşbəxt olduğunu bildirib:

“Xavi “Barselona”da qalır. Mən bu xəbəri eşidəndə çox xoşbəxt oldum, çünki klub onu saxlamaq istəyirdi. Bu mövsüm komandanın ən yaxşı mövsümü olmadı. Amma növbəti mövsümə başlamazdan əvvəl komandada çox nikbinlik var”.

Son turda kataloniyalılar səfərdə “Jirona”ya 2:4 hesabı ilə uduzub. “Barsa” İspaniya çempionatının 34 turundan sonra turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button