“Barselona” iki oyunçusu ilə anlaşıb

“Barselona” yaxın vaxtlarda yarımmüdafiəçilər Qavi və Pedri ilə müqavilənin uzadıldığını elan edəcək.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, hər iki oyunçu artıq klubun təklifi ilə razılaşıb.

İspaniyalı futbolçuların müqavilələrində 1 milyard avroluq sərbəst buraxılma maddələri olacaq, ancaq “Barselona” rəsmi açıqlamada bu məlumatı ictimaiyyətə bildirməyəcək.

20 yaşlı Qavi və 22 yaşlı Pedrinin Kataloniya klubu ilə hazırkı müqavilələri 2026-cı ilin ortalarına kimi hesablanıb. Birincisi cari mövsümdə 19 matçda 2 qol vurub və 3 məhsuldar ötürmə edib, ikincisi isə 31 matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button