“Barselona” Messini bu məbləğə satmağa razıdır

“Barselona” futbolçusu Lionel Messini “Mançester Siti”yə satmağa hazırdır.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi argentinalı kapitanını 280 milyon avro qarşılığında “şəhərlilər”ə verməyə razıdır. Bu barədə “Mirror” nəşri məlumat yayıb.

“Barselona” bundan başqa, bir neçə futbolçu və pul ödənişi qarşılığında Messini “Mançester Siti”yə vermək variantını da düşünür.

“Barselona”dan ayrılmağa qərar verən Messinin “Mançester Siti”yə keçəcəyi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button