Messi bunu da yaşadı

“Barselona” Çempionlar Liqasının 1/4 final mərhələsində “Bavariya”ya 2:8 hesabıyla uduzub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu, Kataloniya təmsilçisinin kapitanı Lionel Messinin karyerasının ən ağır məğlubiyyəti olub.

Bundan əvvəl Messi karyerasının ən böyükhesablı məğlubiyyətini Argentina milli komandasında yaşamışdı. Həmin oyunda – 2009-cu ildə Argentina yığması Boliviyaya 1:6 hesabıyla uduzmuşdu.