
“Barselona” cinah oyunçusu axtarır
“Barselona” yay transfer pəncərəsi dövründə heyətini gücləndirmək istəyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kataloniyalılar yarımmüdafiənin sol cinahını gücləndirmək niyyətindədir. Klub potensial müqavilə üçün 60-70 milyon avro ayıra bilər.
“Barselona”nın idman direktoru Deku artıq namizədlər axtarır. Bundan əlavə, klub bir neçə mövqedə yarımmüdafiədə oynaya bilən futbolçu ilə maraqlanır.
Hans-Diter Flikin komandası bir oyun az keçirməklə İspaniya çempionatının turnir cədvəlinə 60 xalla başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



