“Barselona” onu 100 milyon avroya satmağa hazırdır

“Barselona” yarımmüdafiəçisi Frenki de Yonqu 100 milyon avroya satmağa hazırdır.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, İngiltərənin “Mançester Yunayted” klubu 70-80 milyon avro ödəməklə, yarımmüdafiəçini almaq istəyir.

Futbolçu özü Kataloniya klubunda qalmaq istəyir. Lakin niderlandlı futbolçunun transferi maliyyə çətinliyi ilə üzləşən Kataloniya klubuna yardım edə bilər.

De Yonqun “Barselona” ilə hazırkı müqaviləsi 2026-cı ilə qədərdir. O, bu mövsüm bütün turnirlərdə 45 oyuna çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.