“Barselona” Bernalla bağlı qərarını verib

“Barselona” rəhbərliyi yarımmüdafiəçi Mark Bernalın gələcəyi ilə bağlı mövqeyini müəyyənləşdirib.

18 yaşlı futbolçunun kataloniyalıların əsas heyətində az şans qazanması onun qış transfer pəncərəsində icarəyə göndəriləcəyi ilə bağlı şayiələrə səbəb olmuşdu.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Barselona” Bernalla bağlı icarə təkliflərini nəzərdən keçirməyi planlaşdırmır. Rəhbərlik onun mövsümün ikinci yarısında baş məşqçi Hans-Diter Flik üçün faydalı olacağına inanır.

İspaniyalı futbolçunun özü də komandadan ayrılmaq istəmir və əsas heyətdə yer qazanmaq uğrunda mübarizə aparmağa hazırdır.

Bernal cari mövsümdə “Barselona”nın heyətində 10 oyunda iştirak edib və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button