“Barselona” ”Atletiko” ilə razılığa gələ bilmir

“Barselona” və Antuan Qrizmannın agentləri futbolçunun “Atletiko”ya satılması ilə bağlı razılığa gələ bilmirlər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, madridlilər fransalı forvardı 40 milyon avroya almaq istəmirlər və bu səbəbdən, onun meydanda vaxtını məhdudlaşdırırlar. Bütün bunlar Qrizmannı narahat edir. Onun agenti bu məsələlərlə bağlı klub nümayəndələri ilə əlaqə saxlayıb.

Madrid klubu “Barsa”ya Qrizmann üçün üç il ərzində ödəniləcək 15 milyon avro təklif edib və bu təklif rədd edilib.

Qrizmann bu mövsüm La Liqada 3 matçda 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button