Balotelli məşqdən qovuldu

İtaliyanın “Breşiya” klubunun formasını geyinən Mario Balotelli yeni qalmaqalla gündəmə gəlib.

Komanda.az xəbər verir ki, İtaliya millisinin sabiq forvardı komandasının məşqindən qovulub.

Buna onun baş məşqçi Fabio Qrosso və bəzi komanda yoldaşları ilə mübahisəyə girişməsi səbəb olub. Təcrübəli hücumçunun məşqə mane olduğunu görən Qrosso, onu məşqdən qovmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, Balotelli cari mövsümün əvvəlindən “Breşiya”nın uğurları üçün çalışır. O, bu komandada 7 oyun keçirib, 2 qola imza atıb. Qrosso isə bu ayın 5-də sözügedən komandaya baş məşqçi təyin olunub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button