Balayevin komandasından ilk məğlubiyyət

Futbol üzrə Qazaxıstan çempionatında 7-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin formasını geyindiyi “Tobol” da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə lider “Astana” ilə qarşılaşıb. Hansı ki, bu komandanı “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçuk çalışdırır. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Emil də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Balayev sonadək oynayıb. O, 90-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Ötən tur ilk xal itkisi ilə üzləşən, bu turda isə ilk məğlubiyyətini alan “Tobol” hazırda 16 xalla 2-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button