Azərbaycanlı cüdoçu dünya çempionatında iştirak edə bilməyəcək

Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) qarşıdan gələn dünya çempionatında iştirak edə bilməyəcək.

Komanda.az xəbər verir ki, bu barədə Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Buna səbəb idmançının Monteneqronun paytaxtı Podqoritsada keçirilən böyüklər arasında Avropa çempionatında üçüncü yer uğrunda görüşdə zədə almasıdır.

Fətiyev həmin qarşılaşmadan qalib ayrılaraq, bürünc medala sahib olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button