
Azərbaycan millisi Gürcüstanı böyük hesabla məğlub etdi
Gürcüstanın Batumi şəhərində təlim-məşq toplanışını davam etdirən Azərbaycanın çimərlik futbolu millisi yoxlama görüşü keçirib.
Komanda.az xəbər verir ki, Gürcüstan yığması ilə qarşılaşan komanda Orxan Məmmədov (3), Elşad Manafov (2) və Sahib Məmmədovun vurduğu qollarla rəqibindən 6:0 hesabı ilə üstün olub.
Komandalar arasında növbəti oyun iyulun 10-da baş tutacaq.
Bu qarşılaşmalar iyulun 15-19-da keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



