“Azərreyl”dən baş məşqçi ilə yeni müqavilə

Kişi voleybolçulardan ibarət “Azərreyl” komandasının baş məşqçisi Boris Qrebennikovun müqaviləsinin müddəti uzadılıb.

Komanda.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qrebennikovun sözləşməsi daha 1 illik artırılıb.

Onun qarşısına qoyulan əsas hədəf son Azərbaycan çempionunu uğurlara daşımaq və heyətdə olan gənc voleybolçuların inkişaf etdirilməsi yolunda fəaliyyətini davam etdirməkdir.

“Azərreyl” başa çatan mövsümdə Azərbaycan Yüksək Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button