Azərbaycanlı şahmatçı dünya birinciliyində “gümüş” qazanıb

Rumıniyanın Mamaya şəhərində 14, 16 və 18 yaşlılar arasında şahmat üzrə dünya birinciliyi keçirilib.

Azərbaycan Şahmat Federasiyasından Komanda.az-a verilən məlumatına görə, Ayan Allahverdiyeva 18 yaşlı qızların yarışında gümüş medal qazanıb.

Nərmin Abdinova, Şiroğlan Talıbov və Xəzər Babazadə müxtəlif kateqoriyalarda ilk onluqda qərarlaşıb.

Şahmatçılar sonuncu dəfə 18 yaşlıların dünya çempionatında 2013-cü ildə medala layiq görülüb. Həmin il Səbinə İbrahimova üçüncü yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button