Azərbaycanı Avropa çempionatında təmsil edəcək daha bir cüdoçunun adı məlum olub

Azərbaycanı Monteneqronun paytaxtı Podqoritsada böyüklər arasında keçiriləcək Avropa çempionatında təmsil edəcək daha bir cüdoçunun adı məlum olub.

Komanda.az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 90 kq çəki dərəcəsində Murad Fətiyev mübarizə aparacaq.

O, ötən gün Xorvatiyanın Dubrovnik şəhərində başa çatan Avropa kubokunda qızıl medal əldə edib.

Aprelin 23-dən 27-nə qədər təşkil olunacaq Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində 16 cüdoçu (9 kişi, 7 qadın) təmsil edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button