Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasına təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avropa İdman Təşkilatı Komissiyasının üzvü Mixail Frişman Qızıl Avropa Liqasının oyunlarına təyinat alıb.

Komanda.az federasiyaya istinadən xəbər verir ki, Frişman kişi voleybolçular arasında yarışın 2-ci turunda fəaliyyət göstərəcək. O, mayın 24-26-da Lüksemburqda baş tutacaq turun oyunlarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Lüksemburq, Ukrayna və Çexiya milli komandalarının mübarizə aparacağı 2-ci turun hakimləri almaniyalı Matias Evald, niderlandlı Helena Qeldof və lüksemburqlu Kerol Hepp olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button