Azərbaycan Universiadanı 38-ci pillədə başa vurdu

Azərbaycan Çinin Çendu şəhərində keçirilmiş Ümumdünya Yay Universiadasını 38-ci pillədə başa vurub.

Komanda.az xəbər verir ki, Azərbaycan idmançıları yarışda 3 gümüş və 6 bürünc medal qazanıblar.

Bədii gimnastikada Zöhrə Ağamirova 2 gümüş və 1 bürünc medala yiyələnib.

Cüdoçulardan Rəşid Məmmədəliyev (73 kq) ikinci, Leyla Əliyeva (48 kq) və Yaşar Nəcəfov (66 kq) üçüncü yeri tutublar. Daha bir bürünc medalı kişilərdən ibarət cüdo millimiz əldə edib.

Taekvondoda Minayə Əkpərova (46 kq), avarçəkmədə Bəhmən Nəsiri fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

Ümumdünya Yay Universiadasında ümumilikdə 53 ölkə idmançıları medal qazanıblar. İlk üç pillədə Çin (103 qızıl, 40 gümüş, 35 bürünc), Yaponiya (21 qızıl, 29 gümüş, 43 bürünc) və Cənubi Koreya (17 qızıl, 18 gümüş, 23 bürünc) qərarlaşıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button