Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlandı

Çimərlik futbolu üzrə Azərbaycan millisinin Portuqaliyanın Nazare şəhərində keçiriləcək Avropa çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, A Divizionunda yer alan yığma komanda yarışa 3 qapıçı, 11 meydan oyunçusu ilə yollanacaq.

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov, Rafiq Kərimov

Oyunçular: Comərd Baxşəliyev, Elşad Manafov, Amid Nəzərov, Orxan Məmmədov, Fuad Hüseynov, Emin Mehdiyev, Kamil Hüseynov, Bayram Paşazadə, İsa Zeynalli, Hüseyn Axundov, Sabir Allahquliyev

Azərbaycan millisi iyulun 1-də İtaliya, ertəsi gün Almaniya, iyunun 3-də isə İspaniya ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button