Azərbaycan millisi dördüncü oyunda da məğlub oldu

Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandası Qızıl Avropa Liqasında növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, yığmamız 2-ci turun ikinci matçında Şimali Makedoniya komandası ilə üz-üzə gəlib.

Belçikadakı qarşılaşma rəqibin qələbəsi ilə bitib – 3:0 (25:17, 25:17, 25:18).

Ötən gün meydan sahiblərinə yenilən (0:3) milli Bakıdakı 1-ci turda Rumıniya və Ukraynaya da eyni hesabla uduzub. Komanda hazırda sonuncu – 12-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button