
Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatına qələbə ilə start verib.
Komanda.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda F qrupundakı ilk oyununda Avstriya yığması ilə üz-üzə gəlib.
“Tipos Arena”da keçirilən matç Azərbaycan komandasının qalibiyyəti ilə bitib – 1:0. İsa Atayev 36-cı dəqiqədə fərqlənib.
Xatırladaq ki, Azərbaycan millisi mayın 29-da İtaliya, 30-da isə Fransa ilə münasibətlərə aydınlıq gətirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



