Azərbaycan millisi 12,1 xal itirəcək

Futbol üzrə Azərbaycan millisi Malta və Latviya ilə yoxlama oyunlarının nəticəsinə (hər ikisi 0:1) görə xal itirib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığması iki yoxlama oyununa görə 12,1 xal itirəcək.

Ötən reytinqdə 1139 xalla 121-ci olan milli komandanın aktivi 1126,9-a qədər azalıb.

FİFA-nın milli komandaların reytinq siyahısı martın 31-də açıqlanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button